İngiltərənin ən titullu klubu bankrot həddində
15 oktyabr 2010 10:52 (UTC +04:00)

İngiltərənin ən titullu klubu bankrot həddində

Lent.az-ın məlumatına görə, klub 280 milyon funt (450 milyon dollar) borcu üzündən İngiltərə Premyer Liqasından xaric edilə bilər.

Borcun ödənişi üçün qoyulan müddət oktyabrın 15-də başa çatır. Bir neçə gün öncə məlum olub ki, “Liverpul”un sahibləri – amerikalı biznesmenlər Tom Hiks və Corc Jilettin borcu qaytarmağa imkanları yoxdur. Ona görə də komandanın bankrot olması labüddür. “Liverpul”u böhrandan çıxara biləcək sponsorların tapılma perspektivi isə xeyli dumanlı görünür.

Oktyabrın əvvəlində klubun idarə heyəti nəzarət zərfinin ABŞ-ın “Nyu İnqlend sports vençurs” şirkətinə 300 milyon funta satışına dair sövdələşiblər. Lakin klubun indiki sahibləri bu anlaşmanın imzalanmasının tam əleyhinədirlər. Onlar hesab edirlər ki, müqavilə qüvvəyə minəcəyi halda, onlar heç bir gəlir əldə edə bilməyəcəklər. “Liverpul”un satışı ilə bağlı danışıqların yenilənməsi oktyabrın 25-ə təxirə salınıb.

Qeyd edək ki, “Liverpul” İngiltərənin ən titullu klubu sayılır. 1892-ci ildə yaradılan klub 5 dəfə Çempionlar Liqasının (Kubokunun), 3 dəfə UEFA Kubokunun, 3 dəfə UEFA Superkubokunun, 18 dəfə Premyer Liqanın, 7 dəfə İngiltərə Kubokunun, 7 dəfə Liqa Kubokunun, 15 dəfə İngiltərə Superkubokunun qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018

Oxşar yazılar