Ağ-qara yaylıqlı Emil Mpenza –
14 oktyabr 2010 17:58 (UTC +04:00)

Ağ-qara yaylıqlı Emil Mpenza –

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqmana məxsus bazada baş tutan məşqdə zədəli Rail Məlikov iştirak etməyib.

Azərbaycan millisinin heyətində Türkiyə yığması ilə oyun vaxtı zədələnən Məlikovun ayağı hazırda gipsdədir. Hazırlıq prosesində belçikalı hücumçu Emil Mpenza yeni görkəmi ilə diqqəti cəlb edib. Mpenza məşqə başı sarıqlı halda çıxıb. O, ağ-qara rəngli yaylıqda sonadək məşğul olub. Hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, oktyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar