“Jardel” “Xəzər Lənkəran”da! - FOTO
14 oktyabr 2010 18:04 (UTC +04:00)

“Jardel” “Xəzər Lənkəran”da! - FOTO

Bu haqda Lent.az-a Lənkəran komandasının baş məşqçisi Mirça Rednik məlumat verib.


Onun sözlərinə görə, Nikolitsanın “Xəzər Lənkəran”a keçidi qış transfer dövründə rəsmiləşəcək. Rednik bildirib ki, məsələ iki klubun sahibi - Mübariz Mənsimov və Cici Bekali ilə danışıqlardan sonra tam həllini tapacaq. 25 yaşlı sağ cinah oyunçusu ilə artıq bütün məsələlərdə razılığa gəlinib.


Qeyd edək ki, “Jardel” ləqəbli Banel Nikolitsa “Styaua”da və Rumıniya millisində 2005-ci ildən forma geyinir. O, “Styaua”da 163 matçda 20, yığmada isə 30 oyunda 1 qol vurub. Nikolitsa əvəllər yerli “Daçiya” və “Timişoara” klublarında da oynayıb.


Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939

Oxşar yazılar