Azərbaycan millisi hər oyunda itki verir
13 oktyabr 2010 14:45 (UTC +04:00)

Azərbaycan millisi hər oyunda itki verir

Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə yığmamızın baş məşqçisi Berti Foqts bildirib.

Foqts 32 yaşlı müdafiəçinin Avstriya ilə oktyabrın 8-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında çiynindən xəsarət aldığını bildirib. Onun sözlərinə görə, Abasovun zədəsi ciddidir. Bu səbəbdən, təcrübəli futbolçu oktyabrın 12-də millimizin Türkiyə ilə oynadığı qarşılaşmanın “18-liy”inə salınmayıb.

Oyunun iştirak ərizəsindən kənarda qalan digər futbolçu da “Qarabağ”ın oyunçusu olub. Bu, yarımmüdafiəçi Elvin Məmmədovdur. Foqts Məmmədovun çıxış etməməsini oyunçunun hazırlıq səviyyəsinin aşağı olması ilə əlaqələndirib.

Qeyd edək ki, Türkiyə üzərində 1:0 hesablı qələbə qazanan Azərbaycan millisi daha bir itki verib. 45-ci dəqiqədə müdafiəçi Rail Məlikov rəqib hücumçu Tuncay Şanlı ilə mübarizədə zədələnərək, meydançanı xərəkdə tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar