İtaliya – Serbiya matçında terror havası - FOTO
Lent.az-ın “ANSA” agentliyinə istinadən verdiyi məlumata görə, oktyabrın 12-də Genuya şəhərində təşkil olunan matç Bakı vaxtı ilə saat 23:50-də başlamalıymış.
Lakin futbolçular oyuna təqribən yarım saat sonra çıxıblar. Buna fanatların Serbiya himnini fitə basması, ekstremist şüarlar səsləndirməsi və meydançanın kənarındakı hasarı qırması səbəb olub. Serbiya yığmasının oyunçuları qəzəblənmiş həmyerlilərini ironiyalı tərzdə alqışlayaraq, onları sakitliyə çağırsalar da, nəticə verməyib. Sonradan polis tribunaları bir müddətə sakitləşdirə bilib.
Beləliklə, oyun başlayıb. Lakin artıq 7 dəqiqə sonra meydançaya yanar fişənglərin atılması səbəbindən dayandırılıb. Onlardan biri az qala serbiyalı qapıçı Jelko Brkiçin başına dəyəcəkmiş. Tezliklə şotlandiyalı baş hakim Kreyq Tompson oyunu dayandırmağı qərara alıb. Həmin vaxt hesab 0:0 olub. Bəzi məlumatlara əsasən, UEFA İntizam Komitəsi Serbiyaya 0:3 hesablı texniki məğlubiyyət verəcək.
Qeyd edək ki, İtaliya millisinin futbolçuları oyunu oktyabrın 9-da Əfqanıstanda həlak olan 4 hərbçi həmyerlilərinə həsr etmək istəyib. Onlar meydançaya qara sarğılarla çıxıblar.

615