Azərbaycanın futbol yığması Portuqaliya ilə heç-heçə etdi
Lent.az-ın məlumatına görə, yığmamız portuqaliyalı həmyaşıdları ilə qarşılaşıb.
28-ci dəqiqədə Mirhüseyn Seyidov hesabı açıb. 48-ci dəqiqə Tural İsgəndərov komandamızın üstünlüyünü 2 topa çatdırıb. 78-ci dəqiqədə Ruben Pintu buraxılan qollardan birinin əvəzini çıxıb. Hakimin final fitinə 3 dəqiqə qalmış Bruma hesabı bərabərləşdirib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Millimizin baş məşqçisi Bernhard Lippert komandasının ikinci hissədəki oyunundan razı qalmayıb: “Oyunun ilk iyirmi dəqiqəsində rəqibə oynamaq imkanı vermədik və sonradan 2 qol vurduq. İkinci yarıda topu özümüzdə saxlaya bilmədik. Belə demək mümkünsə, rəqibin arxasınca qaçmalı olduq və nəticədə xeyli güc itirdik. Son 15 dəqiqə isə tam olaraq Portuqaliya yığmasının üstünlüyü ilə keçdi”.
Lipperin rəqib həmkarı Helio Souza uduzmaqdansa, heç-heçəni yaxşı nəticə sayıb: “Oyuna yaxşı başlamadıq və nəticədə 2 qol buraxdıq. İmkanlarımız çox olsa da, qələbə qazana bilmədik. Zəif rəqib olmur. Məğlub olmaqdansa, heç-heçə yaxşıdır. Azərbaycan yığması yaxşı komandadır. Qapıçının oyununu xüsusi qeyd etməliyəm”.
Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 13-də Bakı vaxtı ilə saat 20:00-da Yunanıstan komandasına qarşı keçirəcək.

604