Braziliya yığması 3 qat dünya çempionu oldu
11 oktyabr 2010 17:13 (UTC +04:00)

Braziliya yığması 3 qat dünya çempionu oldu

Lent.az-ın məlumatına görə, “sambaçılar” finalda Kubanı yeniblər – 3:0.

Braziliyanın total üstünlüyü şəraitində keçən qarşılaşmada “azadlıq adası” təmsilçiləri 22:25, 14:25, 21:25 hesablı məğlubiyyətlə üzləşiblər. 3-cü yer uğrunda qarşılaşmada təşkilatçı İtaliyanı 3:1 (25:21, 25:20, 26:28, 25:19) hesabı ilə yenən Serbiya bürünc medal qazanıb.

Qeyd edək ki, Braziliya millisi ardıcıl 3-cü dəfə dünya çempionluğuna sahib çıxıb. Əvvəllər belə bir göstərici yalnız İtaliyaya məxsus olub. Ən çox dünya çempionluğunu isə Rusiya əldə edib. Lakin 6 qat dünya çempionları bu dəfə 5-ci yerlə kifayətləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar