Yalnız Zimbabvedə
06 oktyabr 2010 18:37 (UTC +04:00)

Yalnız Zimbabvedə

Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumatına görə, bu olay Kabo-Verde ilə Afrika Kubokunun seçmə matçına 4 gün qalmış baş verib.

Belçikalı mütəxəssisin Zimbabvedə işləmək üçün icazəsinin olmadığı müəyyənləşib. Baş məşqçidən əlavə, almaniyalı köməkçisi Luts Pfanneştil də eyni səbəbdən deportasiya olunub. Zimbabve Futbol Assosiasiyasının rəsmisi Benedikt Moyo bildirib ki, Senfye oktyabrın 6-dan gec olmayaraq, ölkəni tərk etməlidir. Əgər məşqçi işləməyə icazə ala bilsə, qayıdacaq və yığmanı Kabo-Verde ilə oyuna hazırlayacaq.

Qeyd edək ki, 37 yaşlı Tom Senfye məşqçilik karyerasına 1997-ci ildən Belçika çempionatının aşağı liqalarında başlayıb. Onun milli komandalar səviyyəsində debütü 2008-ci ildə Namibiya yığmasına rəhbərlik etdikdən sonra baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820

Oxşar yazılar