FİDE prezidenti qalmaqal yaradan rəqibinə müavini postu təklif etdi
Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş seçkidə yenidən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti seçilən Kirsan İllümjinov bu seçkidə rəqibi olmuş 12-ci dünya çempionu Anatoli Karpov FİDE-nin vitse-prezidenti postunu təklif edib. Lent.az-ın verdiyi məlumata görə, Kirsan İllümjinov bunu “Exo Moskvı” radiosuna açıqlamasında söyləyib.
Anatoli Karpov hələ təklifə münasibət bildirməyib.
Qeyd edək ki, Anatoli Karpov seçkiöncəsi sərt bəyanatla çıxış edərək, səsverməni qeyri-qanuni adlandırıb. Anatoli Karpovu Harri Kasparov dəstəkləyib. Bu zaman zalda çaxnaşma düşüb və iclas yarım saatadək dayandırılıb. Sonra İllümjinov Karpovun komandasına güzəştə gedərək, səssayma komissiyası üzvlərindən ikisini dəyişdirib. Ardından namizədlər seçkiqabağı proqramlarını təqdim ediblər. Nəhayət, səsvermə keçirilib və Kirsan İllümjinov növbəti 5 il müddətinə prezident seçilib.
Kirsan İllümjinov 1995-ci ildən FİDE-yə rəhbərlik edir.

Oxşar yazılar

“Srvena Zvezda”dan dünya rekordu
24 aprel 2025 , 13:53
Ən yaxşı oyunçuya quzu verdilər - Qeyri-adi MÜKAFAT
24 aprel 2025 , 12:17
"Real" Alonsonun təyinatı üçün "Bayer"ə bu qədər təzminat ödəyəcək
24 aprel 2025 , 09:37
"Qarabağ" FİNALDA
23 aprel 2025 , 19:05
Müller gələcəyi haqqında DANIŞDI
23 aprel 2025 , 17:56
"Roma" və "Milan" Ançelottinin istefaya göndərilməsini gözləyir
23 aprel 2025 , 14:19
Hakim itə qırmızı vərəqə göstərdi - VİDEO
23 aprel 2025 , 11:59