Kirsan İllümjinov yenidən FİDE prezidenti seçildi
Lent.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, sentyabrın 29-da Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş seçkidə İllümjinov 160 mümkün səsdən 96-sını yığıb.
Onun rəqibi 12-ci dünya çempionu Anatoli Karpov olub. Karpovu isə Harri Kasparov dəstəkləyib. Seçki öncəsi Kasparov sərt bəyanatla çıxış edərək, səsverməni qeyri-qanuni adlandırıb. Bu zaman zalda çaxnaşma düşüb və iclas yarım saatadək dayandırılıb.
Sonra İllümjinov Karpovun komandasına güzəştə gedərək, səssayma komissiyası üzvlərindən ikisini dəyişdirib. Ardından namizədlər seçkiqabağı proqramlarını təqdim ediblər. Nəhayət, səsvermə keçirilib və İllümjinov növbəti 5 il müddətinə prezident seçilib.
Qeyd edək ki, Kirsan İllümjinov 1995-ci ildən FİDE-yə rəhbərlik edir.

Oxşar yazılar

“Srvena Zvezda”dan dünya rekordu
24 aprel 2025 , 13:53
Ən yaxşı oyunçuya quzu verdilər - Qeyri-adi MÜKAFAT
24 aprel 2025 , 12:17
"Real" Alonsonun təyinatı üçün "Bayer"ə bu qədər təzminat ödəyəcək
24 aprel 2025 , 09:37
"Qarabağ" FİNALDA
23 aprel 2025 , 19:05
Müller gələcəyi haqqında DANIŞDI
23 aprel 2025 , 17:56
"Roma" və "Milan" Ançelottinin istefaya göndərilməsini gözləyir
23 aprel 2025 , 14:19
Hakim itə qırmızı vərəqə göstərdi - VİDEO
23 aprel 2025 , 11:59