“Xəzər Lənkəran” – “Neftçi” matçında qalmaqal
Futbol üzrə Unibank Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 25-də Lənkəran şəhər mərkəzi stadionunda “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunda hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib. Lent.az-ın məlumatına görə, tribunada ayrıca sektorda yerləşdirilən “Neftçi”nin 100-dək fanatı ilə yerli fanatlar qarşılaşma boyunca bir-birilərinin ünvanına şüarlar səsləndiriblər.
Həmin anlarda “Xəzər Lənkəran” tərəfdarları bir neçə dəfə rəqib azarkeşlərin üzərinə hücum çəkməyə cəhd ediblər. Onların qarşısını polislər alıblar. Asayiş keşikçiləri “Neftçi” fanatlarını meydan sahiblərinin tərəfdarlarından məsafəcə mümkün qədər aralı olmalarını təmin etmək üçün bir sektor da sağa çəkiblər. Daxili qoşunların əsgərləri isə onları dövrəyə alıb. Bununla belə, münaqişə səngiməyib, əksinə, oyunun son dəqiqələrində “Xəzər Lənkəran” qələbə topunu vurduqdan sonra daha da şiddətlənib. Lənkəranlı azarkeşlər “Neftçi”nin bayrağını yandırıblar, qonaqlar isə buna kresloları yerindən çıxarıb, “Xəzər Lənkəran” fanatlarına tərəf atmaqla cavab veriblər. Bu zaman iki tərəf arasında nalayiq söyüşlər bir-birini əvəzləyib.
Polis, daxili qoşunlar və yerli mühafizə işçilərinin birgə səyi nəticəsində aranı sakitləşdirmək mümkün olub. Yerli azarkeşlər stadiondan çölə çıxarılıb, qonaq tərəfdarlara isə tribunadakı yerlərini tərk etməyə icazə verilməyib. Çünki bu vaxt “Xəzər Lənkəran”ın çoxsaylı azarkeşi “Neftçi” fanatlarını çöldə gözləyirmiş. Nəhayət, oyundan təqribən bir saat sonra tam sakitlik yaranıb.
Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev Lent.az-a münaqişədə günahkarın hansı tərəf olduğunu açıqlamasa da, baş verənləri xoşagəlməz olay adlandırıb. O, qalmaqal nəticəsində stadionun 100-dək oturacağının sındırıldığını bildirib.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə topu 89-cu dəqiqədə Dieqo Ruis vurub.
Elşən Məmmədov

1192