Zaur Ramazanov üçün təntənəli vida mərasimi keçiriləcək
                                    
                                    0
                                
                                    0
                                
                                Lent.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ramazanov topa ilk zərbəni vurduqdan sonra meydançanı azarkeşlərin alqış sədaları altında tərk edəcək.
Qeyd edək ki, Zaur Ramazanov 2005-ci ildən “Xəzər Lənkəran”da çıxış etməyə başlayıb. “Ağ-yaşıllar”ın qazandığı bütün titullarda onun xidmətləri danılmazdır. Ramazanovun iştirakı ilə “Xəzər Lənkəran” 2 dəfə Azərbaycan kubokunun qalibi (2006/2007 və 2007/2008), 1 dəfə ölkə çempionu (2006/2007) olub, 1 dəfə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nu (2008) qazanıb. Onun özü isə 2 dəfə Azərbaycan çempionatının bombardiri olub. Bunlardan 1-i (2006/2007) məhz “Xəzər Lənkəran”ın futbolçusu ikən əldə edib. Zaur Ramazanov Azərbaycan milli komandasına da cəlb olunub və 14 oyunda iştirak edib.