“Dopinq qəbulu cinayətdir...”
Bu gün Bakıda Avropa Şurası idman nazirlərinin XVIII qeyri formal konfransının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Avropa Şurasının idman sahəsinin baş direktorluğunun direktoru Qabriela Battaini-Draqoni bildirib ki, konfransda 3 vacib məsələyə diqqət yönəldilib.
Söhbət totalizatorlar, antidopinq məsələləri və idman sahəsində müstəqillikdən gedir. Onun sözlərinə görə, dopinqə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi, nəzarət və monitorinqin ciddiləşdirilməsi və ağırlaşdırılmasına ehtiyac var.
Ümumdünya Antidopinq Agentliyi (WADA) yanında Avropa İctimai Nəzarət Şurasının nümayəndəsi Vayner Musavetski son 2 ildə dopinqdən istifadə hallarının artdığını söyləyib. O qeyd edib ki, bu, idman təşkilatları, dövlətlər və Avropa Şurasının WADA ilə birgə əməkdaşlığına ehtiyac yaradıb: “2011-ci ildə qadağan olunmuş yeni preparatların siyahısı açıqlanacaq. Dopinq qəbulu cinayətdir. Birgə mübarizə aparacağıq”.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda fəaliyyətə başlayacaq totalizatorlar haqqında məlumat verib. O deyib ki, Unibank Premyer Liqasındakı oyunlara pul qoyuluşu edilməyəcək və bu da müsbət haldır: Bu, Azərbaycan çempionatında oyunlara neqativ təsir imkanlarını məhdudlaşdırır.
Azad Rəhimov bildirib ki, bukmeyker kontoru açarkən hər hansı lisenziya, ödəniş olmayacaq: “Yalnız müvafiq qurğu üçün banka 3 min manat ödəniləcək. Pul qoyuluşları qəbul olunan zaman banklara yatırılacaq. Bu ona görədir ki, kontorun sahibi pulu götürüb qaçmasın. Kontoru bağlayanda da kontor sahibinin pulu özünə qaytarılacaq”.
Avropa Şurasının baş direktoru Qabriela Battaini Draqoni nəzərə çatdırıb ki, konfransın yekunu olaraq razılığa gəlinib ki, anti-dopinqlə bağlı hüquqi sənəd hazırlansın və bu hüquqi sənəd məcburi qaydada təsir imkanına olsun: “Nazirlər bizə dopinqlə mübarizə aparmaq üçün bu mandatı verdilər. Təsir mexanizminə ehtiyac vardı. Növbəti konfransda bu sənədi qəbul etmək mümkün olacaq”.
Qabriela Battaini Draqoni bildirib ki, bundan əvvəl Afinada keçirilmiş konfransda nazirlər 17 böyük ideya irəli sürüblər: “Bakıdakı konfransda bu ideyalardan 8-ə cavab tapılıb”.
Elşən

Oxşar yazılar

"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33
Dünyanın ən seksual voleybolçusu – Açıq-saçıq çimərlik geyimində
4 iyul 2025 , 19:59
"Borussiya"nın futbolçusu sərxoş videosuna görə komandadan uzaqlaşdırıldı
4 iyul 2025 , 18:41
Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43