“İnter”in baş məşqçisinin oğlu Bakıda mükafatlandırıldı - FOTO
22 sentyabr 2010 17:39 (UTC +04:00)

“İnter”in baş məşqçisinin oğlu Bakıda mükafatlandırıldı - FOTO

Lent.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Unibank Premyer Liqasında yeni mövsümün ilk qolunu vurduğu üçün PFL-in təsis etdiyi xüsusi mükafata layiq görülüb.

Gürcüstanlı oyunçu I turda “Gəncə” ilə səfər qarşılaşmasında fərqlənib. 1:1 hesabı ilə nəticələnən görüşün 71-ci dəqiqəsində Tsxadadze hesabı açıb. Futbolçu aldığı mükafata görə PFL, “Unibank” və “Simurq” rəhbərliyinə minnətdarlıq edib: “Ümidvaram ki, bu, son mükafatım olmayacaq”.

Qeyd edək ki, Baçana Tsxadadze Bakının “İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadzenin oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar