Azərbaycan ağırlıqqaldıranlarının medalsız günləri davam edir
Lent.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində yarışan Sərdar Həsənovla Əfqan Bayramov B qrupunda mübarizə aparıblar.
Həsənov birdən 145 kq, təkanla 175 kq ağırlıq qaldırıb və iki hərəkətin cəmində 320 kq nəticə ilə 37 iştirakçı arasında 8-ci yeri tutub. Bayramov isə birdən 135 kq, təkanla 171 kq ağırlığın öhdəsindən gəlib. Beləliklə, o, iki hərəkətin cəmində 306 kq nəticə ilə 15-ci yeri tutub.
Qeyd edək ki, sentyabrın 22-də daha bir ağırlıqqaldıranımız Turan Mirzəyev “körpücük” üzərinə çıxacaq. D qrupunda yer alan Mirzəyev mübarizəyə Bakı vaxtı ilə saat 14:00-dan etibarən qoşulacaq.

630