“Neftçi” “Xəzər Lənkəran”la oyun öncəsi bəyanat yaydı
Lent.az-ın məlumatına görə, flaqmanın rəsmi saytında yerləşdirilən bəyanatda qarşıdakı görüş milli çempionatın “şah əsəri” adlandırılıb.
Sənəddə bildirilir ki, əzəli rəqiblərin növbəti görüşü də səbirsizliklə gözlənilir: “Çünki Sadıq Sadıqov “Neftçi”nin prezidenti olduqdan sonra flaqmanda müsbətə doğru dəyişikliklər baş verib. Klub rəhbərliyinin mövsümlərarası fasilədə həyata keçirilən uğurlu transfer siyasəti və məqsədyönlü təlim-məşq toplanışları çempionatın elə ilk turlarındaca bəhrəsini verdi. Məhz bunun nəticəsidir ki, “ağ-qaralar” hazırda 16 xalla Premyer Liqanın vahid lideridir. Komandamız meydana çıxdığı 6 görüşdə 14 qol vurmaqla, həm də ən məhsuldar kollektivdir. Bəzən “Neftçi”nin matçlarında hakim səhvləri olsa da, flaqman öz parlaq oyunu ilə bunları ört-basdır edib. Həftəsonu Premyer Liqanın 7-ci turu çərçivəsində "Neftçi"ni qəbul edəcək "Xəzər-Lənkəran" da ölkəmizin ən güclü klublarından biridir. Lənkəran təmsilçisi mübarizə apardığı çempionatlarda adətən favorit qismində göstərilir. Bu mövsümün startı "Xəzər-Lənkəran" üçün heç də pis başlamayıb. Turnir cədvəlində "Neftçi"dən sonra ən yaxşı nəticəni məhz "Xəzər-Lənkəran" göstərib və hazırda 2-ci pillədə qərarlaşıb”.
“Neftçi” klubunun qarşıdakı oyuna həssaslıqla yanaşdığının əks olunduğu sənəddə flaqmanın Lənkəranda da idman prinsipləri əsasında mübarizə aparacağı vurğulanıb: “Flaqman üzvləri meydanda "Fair play" qaydalarını gözləyərək, azarkeşlərin bu matçdan zövq almasına çalışacaq. "Neftçi" klubu olaraq, hər iki komandanın azarkeşlərini sevimli klublarına dəstək verməyə çağırırıq. Ən əsas istəyimiz budur ki, "Xəzər-Lənkəran" - "Neftçi" oyununda Azərbaycan futbolu qazansın!”

774