Azərbaycan millisi dünya çempionatında ilk medalını qazandı – FOTO
Lent.az-ın məlumatına görə, halqa ilə yarışın finalında təmsilçimiz Aliyə Qarayeva mükafatçılar sırasına düşməyi bacarıb.
Finalda hakimlərdən 27,675 xal alan Qarayeva bürünc medala layiq görülüb. İlk 2 yeri isə Rusiya gimnastları tutublar. Yevgeniya Kanayeva 29,200 xalla qızıl, Darya Kondakova isə 28,900 xalla gümüş medal əldə edib. İplə hərəkətlərdə isə Aliyə Qarayeva 5-ci yeri tutub.
Çoxnövçülük yarışlarına gəldikdə, ip və halqa ilə hərəkətlərdən sonra yığmamız hələlik Rusiya (169,425 xal) və Belarusdan (160,150 xal) sonra 157,950 xalla 3-cü yeri tutur. Qarşıda top və lentlə hərəkətlər də var.

697