Daha 2 ağırlıqqaldıranımız mübarizəyə qoşulur
Lent.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən Əfqan Bayramovla Sərdar Həsənov Bakı vaxtı ilə saat 19:00-da “körpücük” üzərinə çıxacaqlar.
B qrupunda yarışacaq atletlərimiz 10 idmançıya rəqib olacaqlar. Bundan 3 saat öncə C, 3 saat sonra isə A qrupunda yarışlar keçiriləcək. Ümumilikdə 37 atletin birdən və təkanla ağırlıq qaldıracağı mübarizənin yekununda təmsilçilərimizin hansı pilləni tutduqlarına aydınlıq gələcək.
Qeyd edək ki, dünya çempionatında artıq 2 ağırlıqqaldıranımız çıxışını başa vurub. Silviya Angelova (48 kq) qadınların mübarizəsində 29 idmançı arasında 22-ci olub. Elmar Alıyev (56 kq) isə kişilərin yarışında 37 iştirakçı arasında 28-ci pillə ilə kifayətlənib.

750