Hakimin başını yardılar
Lent.az-ın məlumatına görə, 56-cı dəqiqədə “Bursaspor”un oyunçusu Ömər Ərdoğan baş zərbəsi ilə hesabı açdıqdan sonra tribunalarda etiraz səsləri yüksəlib. Ardından meydançaya kənar əşyalar atılmağa başlayıb. Onlardan biri 62-ci dəqiqədə yan xətt hakimi Məhərrəm Yılmazın başına dəyib. Nəticədə Yılmaz yaralanıb. Bunu görən baş hakim Dəniz Çoban matçı dayandırmalı olub. Çoban köməkçisi ilə bir müddət danışdıqdan sonra paltardəyişmə otağına yollanıb. Bu vaxt da yenə hakimlərə yad əşyalar atılmaqda davam edib. Ardından stadionun səs sistemi vasitəsilə matçın tətil edildiyi açıqlanıb.
Daha sonra “Bursaspor” azarkeşlərini təhlükəsizlik tədbirləri ilə əlaqədar tribunada saxlayıblar. Tribunadan çıxmayan və hakimlər əleyhinə şüarlar səsləndirən bir qrup “Qaziaptepspor”lu azarkeş isə təhlükəsizlik tədbirləri altında “Kamil Ocak” stadionundan çıxarılıb. Başına yad əşya dəyən ehtiyat hakim Məhərrəm Yılmaz da eyni qaydada paltardəyişmə otağından çıxarılaraq, xəstəxanaya aparılıb. Xəstəxanada aparılan rentgen müayinəsi zamanı Yılmazın başının yarıldığı aşkarlanıb. Həmin yerə iki tikiş atılıb.

704