“Mənə 4 həkim nəzarət edirdi”
Zədəsini sağaltmaq üçün Almaniyanın Köln şəhərində müalicə kursu keçən “Neftçi” klubunun futbolçusu Ruslan Abışov Bakıya qayıdıb. Lent.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi futbolçu müalicə prosesi və yaşıl meydanlara qayıdacağı tarixlə bağlı flaqmanın rəsmi saytına açıqlama verib.
“Köln şəhərindəki “Media Park” xəstəxanasında müalicə olunurdum. Bu xəstəxananın xidmətindən bir sıra tanınmış futbolçular da istifadə edirlər, orada müalicə alırlar. “Media Park”da mənə 4 həkim nəzarət edirdi. Gündəlik müalicə ilə yanaşı, məşqlərə də ara vermirdim. Bərpa prosesi başa çatdıqdan, tam hazır olduqdan sonra məni xəstəxanadan buraxdılar” deyə Abışov bildirib.
Artıq “Neftçi”nin düşərgəsində olan oyunçu komanda ilə birgə məşqlərə başlayıb. Abışov Unibank Premyer Liqasının VII turunda “Xəzər Lənkəran”la qarşılaşmada oynamağa hazır olduğunu bildirib: “Baş məşqçimiz Arif Əsədov şans verəcəyi təqdirdə, sentyabrın 25-də “Xəzər-Lənkəran”a qarşı oynamağa hazıram”.

889