“Vinfrid Şefer Hafiz Məmmədovun əziyyətinin qarşılığını vermir”
“Bu gün “Bakı” çox gözəl komanda olsa da, orada klub prezidenti Hafiz Məmmədovun əməyini itirirlər. Almaniyalı Vinfrid Şefer bəlkə futbolçu kimi güclü olub, amma o, baş məşqçi kimi komandanı qaldıra bilmir”.
Bu sözləri Lent.az-a açıqlamasında veteran futbolçu Oqtay Abdullayev deyib. “Neftçi” Veteranları Futbol Klubunun prezidenti kimi digər veteran futbolçular adından çıxış edən Abdullayevin fikrincə, Şefer “Bakı”nın prezidenti Hafiz Məmmədovun klub üçün çəkdiyi əziyyətin qarşılığını verə bilmir: “Bu klub bir ildir yaranmayıb, neçə illərdir ki, fəaliyyət göstərir. Azərbaycan çempionluğu və kubokunu qazanıb, Avropa kuboklarında çıxış edib. “Bakı”ya gələn yeni baş məşqçi onu nəinki zəiflətməli, əksinə, komandanın ənənələrini daha da inkişaf etdirməlidir. Orada Şefer üçün elə şərait yaradıblar ki, o, kluba gözüyumulu uğurlar qazandırmalı idi. Lakin bu, onda alınmır”.
Abdullayev bildirib ki, “Bakı” da “Qarabağ” və “Neftçi” nümunəsindən yararlanarsa, mövqeyini yüksəldə bilər: “Hazırda “Qarabağ”da Qurban Qurbanov, “Neftçi”də Arif Əsədov azərbaycanlı baş məşqçidirlər, heyətlərində də çoxlu sayda azərbaycanlı var. Eyni üsuldan “Bakı”da da yararlansalar, klubu yüksək mövqelərə qaldıra bilərlər. Düzdür, biz “Neftçi” klubunun veteranlarıyıq, amma “Bakı”nı da Azərbaycan futbolunun bir hissəsi sayırıq. İstərdik ki, bu klub da güclənsin və son nəticədə futbolumuzun inkişafına töhfə versin”.
Veteran futbolçu, həmçinin bildirib ki, “Bakı”da yerli futbolçuların sayı çoxalmalı, onlara daha çox üstünlük verilməlidir: “Yerli oyunçuların sayı nə qədər çox olarsa, milli komandaya da müsbət təsir göstərər. Həm də əvvəl-axır “Bakı” Azərbaycanlı oyunçuların sayəsində inkişaf etməlidir. Düzdür, legionerlər də lazımdır. Amma yerli oyunçulara daha çox üstünlük verilməlidir”.
Qeyd edək ki, futbol üzrə Unibank Premyer Liqasında 6 turdan sonra “Bakı” 5 oyuna 5 xalla 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda “Qarabağ”la təxirə salınmış oyunu var.
Elşən Məmmədov

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46