Araz Abdullayev qışda “Everton”un futbolçusu ola bilər
19 sentyabr 2010 12:27 (UTC +04:00)

Araz Abdullayev qışda “Everton”un futbolçusu ola bilər

Lent.az-ın məlumatına görə, “Everton” rəsmisi “Neftçi” rəhbərliyi ilə görüş keçirərək, müqavilənin detallarını müzakirə edib.

İngiltərə klubunda transfer məsələləri ilə məşğul olan FİFA meneceri Anaqno Dasos görüşdən sonra “Neftçi”nin PFK-nın rəsmi saytına açıqlama verib: “Mən iki klub arasındakı danışıqlarda “Everton”u təmsil edirəm. İlk dəfə Araz Abdullayevi 2 il öncə Türkiyədə təlim-məşq toplanışı keçən Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasının heyətində görmüşəm. O, qeyri-adi, istedadlı futbolçudur. Sol ayağı ilə çox yaxşı oynayır. Ona inamım böyük olduğu üçün bura təşrif buyurmuşam. Düşünürəm ki, Araz Avropada çıxış etmək bacarığına malikdir. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq və Abdullayev artıq gələn ilin yanvarında “Everton”un düşərgəsinə qoşulacaq”.
# 1461

Oxşar yazılar