“Anar Salmanov obyektiv olsaydı, “Xəzər Lənkəran” qalib gələrdi”
Lent.az-ın məlumatına görə, Salmanov bir sıra epizodlarda meydan sahiblərinin lehinə qərarlar çıxarıb.
Xüsusən, ikinci hissənin əvvəllərində o, “Muğan”ın cərimə meydançası daxilində Dieqo Ruisə qarşı kobudluğu simulyasiya kimi qiymətləndirərək, “Xəzər Lənkəran”ın hücumçusuna sarı vərəqə göstərib. Amma epizodun təkrarında Ruisin həqiqətən də kobud oyunla üzləşdiyini və penaltinin verilməli olduğu görünür. Digər epizodda hakim Uinston Parksın əllə oynadığını iddia edərək, cərimə zərbəsi əvəzinə “Xəzər Lənkəran”ın hücumçusuna sarı vərəqə göstərib.
0:0 hesabı ilə başa çatan oyundan sonra qonaq komandanın baş məşqçisi Mirça Rednik Anar Salmanovun idarəçiliyindən narazılığını bildirib. Onun sözlərinə görə, Parks və Ruislə bağlı epizodlarda baş hakim obyektiv mövqe tutsaydı, komandası qalib gəlməli idi. Bununla yanaşı, Rednik öz oyunlarından narazılığını da gizlətməyib: “Komandanın oyunundan razı qalmadım. Bu gün çox güclü bir rəqibə qarşı mübarizə apardıq. Turnir cədvəlinin ön pillələrində olduğumuzdan, buraya qələbə üçün gəlmişdik. Qalib gələ bilmədiyimiz üçün təəssüflənirəm. Oyun boyu müəyyən səhvlərimiz oldu. Oyunu təhlil edib səhvləri aradan qaldıracağıq”.
Qeyd edək ki, Anar Salmanovun idarəçiliyi yerli azarkeşləri də narazı salıb. Onlar “Muğan”ın futbolçusu rəqibi ilə mübarizədə yerdə qalaraq, zədələndiyi halda oyunu davam etdirən baş hakimi söyüblər. Həmin söyüşü “İdman Azərbaycan” telekanalının canlı efirində oyunu izləyən tamaşaçılar da eşidiblər. Görüşdən sonra isə azarkeşlərdən biri meydançaya soxularaq, hakimi vurmaq istəyib. Onun qarşısını polislər alıb.

673