“Xəzər Lənkəran” Salyanda büdrədi
18 sentyabr 2010 19:11 (UTC +04:00)

“Xəzər Lənkəran” Salyanda büdrədi

Futbol üzrə Unibank Premyer Liqasında VI turun 2 oyunu başa çatıb. Lent.az-ın məlumatına görə, çempionatın şərikli liderlərindən olan “Xəzər Lənkəran” 2 vacib xal itirib.


Salyanda “Muğan”la üz-üzə gələn baş məşqçi Mirça Rednikin komandası 90 dəqiqə ərzində ərazi üstün olsa da, qələbə topunu vura bilməyib. Nəticədə görüş 0:0 hesablı heç-heçə ilə nəticələnib. Bu oyunda İtaliya “İnter”inin makedoniyalı hücumçusu Qoran Pandevin qardaşı Saşko Pandev debüt edib. O, ikinci hissədə meydançaya daxil olub.



“Gəncə” isə ənənəsinə sadiq qalaraq, yenə meydançanı heç-heçə ilə tərk edib. Baş məşqçi Fuad İsmayılovun komandası bu dəfə öz meydançasında “Turan”ın müqavimətini qıra bilməyib. 61-ci dəqiqədə Şalva Pirtsxalava penalti ilə Tovuz klubunu hesabda önə çıxarıb. 85-ci dəqiqədə isə İbrahim Hüseynov “Gəncə”nin bərabərlik qolunu vurub.


Qeyd edək ki, günün son oyunu saat 19:00-da start götürüb. Tofiq Bəhramov adına Respublika stadionunda MOİK çempionatın digər lideri “Neftçi”ni qəbul edir. Flaqman meydançanı qələbə ilə tərk etsə, sentyabrın 19-da keçiriləcək görüşlərin nəticələrindən asılı olmayaraq, turu vahid lider qismində başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar