İki ağırlıqqaldıranımız dünya çempionatında çıxışlarını başa vurdu
Lent.az-ın məlumatına görə, Silviya Angelova (48 kq) qadınların, Elmar Alıyev (56 kq) isə kişilərin mübarizəsinə qatılıb.
Hər iki atletimiz C qrupunda çıxış edib. Angelova birdən 67 kq, təkanla 82 kq ağırlığın öhdəsindən gəlib. O, iki hərəkətin cəmində 149 kq nəticə ilə qrupda 4-cü yeri tutub.
Alıyev isə birdən 95 kq, təkanla isə 127 kq ağırlıq qaldırıb. İki hərəkətin cəmində 222 kq nəticə göstərən kişi idmançımız qrupda 7-ci yeri tutub. Hər iki ağırlıqqaldıranımızın yekunda neçənci olacağı isə B və A qrupundakı mübarizə başa çatdıqdan sonra müəyyənləşəcək.

753