“Everton” nümayəndələri Araz Abdullayev üçün Bakıya gəlir
17 sentyabr 2010 19:51 (UTC +04:00)

“Everton” nümayəndələri Araz Abdullayev üçün Bakıya gəlir

“Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi transfer etmək istəyən İngiltərənin “Everton” futbol klubunun nümayəndələri sentyabrın 18-də Bakıya gələcəklər. Bu haqda Lent.az-a flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.


Əşrəfoğlunun sözlərinə görə, nümayəndə heyətinin tərkibində “Everton” rəsmisi və Abdullayevin transferi ilə məşğul olan menecer yer alacaq. Onlar “Neftçi” rəhbərliyi ilə və Böyük Britaniya səfirliyində görüşlər keçirəcəklər: “Klubumuzun prezidenti Sadıq Sadıqov Araz Abdullayevin mənafeyini də nəzərə alaraq, “Everton”un göndərdiyi şərtlərlə razılaşmayıb. Buna görə də onlar yeni şərtlərlə gələcəklər. Eyni zamanda Arazın İngiltərə Premyer Liqasında oynaya bilməsi üçün işçi vizası problemini həll etməkdən ötrü qonaqlar Böyük Britaniyanın Bakıdakı səfirliyində olacaqlar”.


“Neftçi” rəsmisi bildirib ki, danışıqlar müsbət nəticələnəcəyi halda, “Everton” və “Neftçi” klubları arasında Araz Abdullayevin transferinə dair rəsmi müqavilə imzalanacaq.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar