Basketbolçu qadınlar dünya çempionatında donla oynayacaq - FOTO
17 sentyabr 2010 17:58 (UTC +04:00)

Basketbolçu qadınlar dünya çempionatında donla oynayacaq - FOTO

Lent.az-ın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, ölkə yığması nəhəng turnirlərdə belə geyimlə oynayan ilk komanda olacaq.

Komandanın baş meneceri İrina Jilaç basketbola yeni konsepsiya vermək və onu ölkədə daha populyar etmək istədiklərini bildirib. Artıq Belarus millisi Beynəlxalq Basketbol Federasiyasından (FİBA) don gəzdirməyə icazə alıb. Baxmayaraq ki, FİBA reqlamenti basketbolçu qadınları mayka və şortikdə oynamağa vadar edir.

Qeyd edək ki, Belarus millisi əvvəllər də qısa donla meydançaya çıxıb. Latviyanın paytaxtı Riqada keçirilmiş 2009-cu il Avropa çempionatında ölkənin basketbolçu qadınları məşq vaxtı əyinlərinə don geyiniblər.
# 835

Oxşar yazılar