“Xəzər Lənkəran”ın futbolçusu Türkiyədə əməliyyat olundu
Nadirovun sözlərinə görə, gürcüstanlı müdafiəçini İstanbul şəhərindəki “Acıbadem” klinikasında ortopediya travmatologiyası və idman zədələri mütəxəssisi, professor doktor Ömər Taşər diz meniskindən əməliyyat edib. Əməliyyat uğurla keçib. Hazırda vətənində olan 26 yaşlı oyunçu yaxın vaxtlarda “Xəzər Lənkəran”ın sıralarına qoşulacaq. Müəyyən müddət bərpa dövrü keçəcək İmedaşvilinin bir ay ərzində yaşıl meydançalara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Ömər Taşər bu yaxınlarda “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovu da əməliyyat edib.
Elşən Məmmədov
Qeyd edək ki, Ömər Taşər bu yaxınlarda “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovu da əməliyyat edib.
Elşən Məmmədov
741