“Real” Mourinyonu Portuqaliya yığmasına buraxdı
17 sentyabr 2010 15:56 (UTC +04:00)

“Real” Mourinyonu Portuqaliya yığmasına buraxdı

Lent.az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, bu haqda Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Jilberto Madail bildirib.

Söhbət yığmanın 2012-ci il Avropa çempionatı çərçivəsində oktyabrın 8-də Danimarka, bundan 4 gün sonra isə İslandiya ilə keçirəcəyi qarşılaşmalardan gedir. Madail bildirib ki, Mourinyonun özü hələlik millidə işləməyə razılıq verməyib. O, portuqaliyalı mütəxəssisin yığmada işləyib-işləməyəcəyini dəqiq söyləməyib.

Qeyd edək ki, FPF Karluş Keyruşun Portuqaliya yığması ilə vidalaşmasından sonra Joze Mourinyoya müraciət ünvanlayıb. Keyruş antidopinq komitəsi əməkdaşlarını təhqir etdiyi üçün avqustda yarım ilədək diskvalifikasiyaya məruz qalıb. Avropa çempionatının ilk 2 seçmə matçında Kirplə 4:4 hesablı heç-heçə və Norveçə 0:1 hesablı məğlubiyyətdən sonra isə o, baş məşqçi vəzifəsindən kənarlaşdırılıb.
# 655

Oxşar yazılar