Avropa Olimpiya Komitəsinin prezidenti və idman nazirləri Bakıya gəlir
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək toplantıda indiyədək 35 ölkə iştirak edəcəyini təsdiqləyib.
Onların arasında İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, Macarıstan və s. kimi ölkələrin idman nazirləri, eləcə də nazir müavinləri, dövlət katiblərinin olacağı gözlənilir. Eyni zamanda qonaq qismində AŞ-nin idman sahəsinin də daxil olduğu baş direktorluğunun direktoru, xanım Qabriella Battaini-Draqoni, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, “Sport Akkord” təşkilatının rəhbəri, Avropa Ədalətli Oyunlar hərəkatının vitse-prezidenti, baş katibi və daha 10-dək idman təşkilatının rəhbəri iştirak edəcək.
Konfransın I hissəsində “Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq”, II hissəsində isə “Ümumavropa idman əməkdaşlığı” mövzuları müzakirə olunacaq. İdmançılar üçün vizaların verilməsi, dopinqdən istifadə edilmənin qarşısının alınması, Avropa İttifaqı ilə Avropa Şurası arasında əməkdaşlıq və digər məsələlər də iştirakçıların müzakirə mərkəzində olacaq. Bununla yanaşı, Antidopinq Konvensiyası və idman matçları, futbol oyunları zamanı tamaşaçılar tərəfindən nalayiq hərəkətlər və zorakılığa qarşı mübarizə Konvensiyasının da monitorinqi müzakirə ediləcək.
Qeyd edək ki, konfrans Avropa Şurası tərəfindən Avropa ölkələrində idman səhəsində baş verən mühüm prosesləri müzakirə etmək üçün hər iki ildə bir dəfə təşkil edilir. 11-12 dekabr 2008-ci ildə Yunanıstanın paytaxtı Afinada baş tutmuş konfransda növbəti belə tədbirin Bakıda təşkilinə dair razılıq əldə olunub.

779