“Neftçi” yeni atributları ilə bağlı tender elan edib
16 sentyabr 2010 15:15 (UTC +04:00)

“Neftçi” yeni atributları ilə bağlı tender elan edib

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi yeni atributlarının hazırlanması ilə bağlı tender elan edib.

Tenderdə qalib gələcək şirkət üzərində "Neftçi"nin atributları əks olunan müxtəlif ləvazimatlar (şərf, papaq, gündəlik geyim dəstləri, qələm, qol saatı və s.) istehsal etmək hüququ qazanacaq. İştirak etmək istəyənlər "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə müraciət edə bilərlər.

Tel.: (012) 424 46 40 (daxili nömrə 136)

Faks: (012) 496 57 82

E-mail: neftchifc@mail.ru.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630

Oxşar yazılar