Ramin Musayevin qərarı bir günə qüvvədən düşdü
Lent.az-ın məlumatına görə, Ramin Musayevin rəhbərlik etdiyi qurum Unibank Premyer Liqasında VI turun MOİK – “Neftçi” oyununun Tofiq Bəhramov adına Respublika stadionunda təşkilinə qərar verib.
Səbəb kimi MOİK-in ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun ot örtüyünün pis vəziyyətdə olması göstərilib. Sentyabrın 18-də baş tutacaq qarşılaşmanın start fitinin çalınma vaxtı da dəyişdirilib. Oyun saat 17:00-da deyil, bundan 2 saat gec başlanacaq.
Qeyd edək ki, bu matçın keçirilmə yeri və başlama vaxtının dəyişdirildiyi haqda ilk xəbəri sentyabrın 15-də Lent.az saytı yayıb. Bununla belə, PFL bu gün oyunları idarə edəcək hakimlərin adlarını açıqlayarkən, MOİK – “Neftçi” görüşünün məhz Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacağını israr edib.
Elşən Məmmədov

664