Çempionlar Liqasının finalçısı satışa çıxarılan kluba qarşı
15 sentyabr 2010 18:45 (UTC +04:00)

Çempionlar Liqasının finalçısı satışa çıxarılan kluba qarşı

Lent.az-ın məlumatına görə, turnirin son finalçısı “Bavariya” satışa çıxarılan “Roma”nı qəbul edəcək.

İtaliya təmsilçisi sonuncu dəfə Avropanın ən nüfuzlu klub yarışında 2008-2009-cu il mövsümündə mübarizə aparıb. Həmin vaxt “canavarlar” 1/8 finaladək irəliləyiblər. Amma “Bavariya” ilə “Roma” heç vaxt üz-üzə gəlməyiblər.

Debütant “Jilina” öz meydançasında “Çelsi”ni sınağa çəkəcək. Çempionlar Liqasında zəngin təcrübəyə malik İngiltərə çempionu görüşün aşkar favoriti sayılır. Lakin Slovakiya çempionu qrup mərhələsinə Çexiya “Sparta”sı kimi komandanı yenməklə (2:0, 1:0) yüksəlib.

Çempionlar Liqasının ən titullu klubu “Real” İspaniyada “Ayaks”ı qonaq edəcək. “Kral klubu” turnirin daimi iştirakçısıdırsa, Hollandiya təmsilçisi sonuncu dəfə qrup mərhələsinə 2005-2006-cı il mövsümündə çıxıb. Həmin vaxt “Ayaks” 1/8 finalda İtaliya “İnter”inə uduzaraq (2:2, 0:1), mübarizəni dayandırıb.

E qrupu

“Bavariya” (Almaniya) – “Roma” (İtaliya)

Baş hakim: Stefan Lannua (Fransa)

ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə)
Baş hakim: Alan Kelli (İrlandiya)

F qrupu

“Marsel” (Fransa) – “Spartak” (Moskva, Rusiya)

Baş hakim: Florian Mayer (Almaniya)

“Jilina” (Slovakiya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Byorn Kaypers (Hollandiya)

G qrupu

“Real” (İspaniya) – “Ayaks” (Hollandiya)

Baş hakim: Damir Skomina (Sloveniya)

“Milan” (İtaliya) – “Oser” (Fransa)
Baş hakim: Pavel Balay (Rumıniya)

H qrupu

“Arsenal” (İngiltərə) – “Braqa” (Portuqaliya)

Baş hakim: Alan Hamer (Lüksemburq)

“Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya)
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar