Azərbaycan yığması 10 il 5 ay “gerilədi”
15 sentyabr 2010 14:34 (UTC +04:00)

Azərbaycan yığması 10 il 5 ay “gerilədi”

Hazırda komandamız 287 xalla 102-ci pillədə qərarlaşıb. Baxmayaraq ki, yığmamız 8 gün öncə 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Almaniyaya 1:6 hesabı ilə uduzub. Görünür, FİFA millimizin avqustun 11-də Küveytlə yoldaşlıq görüşündə etdiyi heç-heçəni dünya çempionatının bürünc mükafatçılarına məğlubiyyətdən önəmli sayıb.

Hər halda əsas komandamız 2000-ci ilin aprelindən sonra ilk dəfə 102-ci pilləyə yüksəlib. Bununla yanaşı, millimiz 2007-ci ilin mayından sonra ilk dəfə Ermənistanı geridə qoymağı bacarıb. Həmin vaxt Azərbaycan 103-cü, Ermənistan isə 128-ci olub. Yeni reytinqə əsasən, Ermənistan millisi yığmamızdan 3 pillə geridədir.

Azərbaycanın 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya 1 pillə irəliləyərək, 1490 xalla 3-cü pilləyə qalxıb. 7 pillə irəliləyən Türkiyə 882 xalla 21-ci, 1 pillə geriləyən Avstriya 528 xalla 61-ci, 14 pillə geriləyən Belçika 526 xalla 62-ci, 1 pillə geriləyən Qazaxıstan isə 171 xalla 126-cıdır.

İlk “10-luğ”un tərkibində ciddi dəyişiklik baş verməyib. İspaniya 1824 xalla 1-ci, Hollandiya 1663 xalla 2-ci pillədə qalıb. Almaniya 1 pillə irəliləyərək, 1480 xala malik Braziliyanı 4-cü pilləyə endirib. İngiltərə və Uruqvay da yerlərini dəyişdirib. Hazırda 1191 xala malik İngiltərə 6-cı, 1182 xalı olan Uruqvay isə 7-cidir. Argentina 1351 xalla 5-ci, Portuqaliya 1049 xalla 8-ci, Misir 1034 xalla 9-cu, Çili 1004 xalla 10-cu pillədə qalıb.

Elşən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar