PFL-in qərarı dəyişdirildi
Futbol üzrə Unibank Premyer Liqasında VI turun daha bir oyununun vaxtı və yeri dəyişdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, MOİK-in “Neftçi” ilə sentyabrın 18-də nəzərdə tutulan görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutmayacaq.
Baxmayaraq ki, Peşəkar Futbol Liqasının rəsmi saytı az öncə matçın Suraxanıdakı arenada təşkilinə dair xəbər yayıb. Amma həmin meydançanın təmirə bağlanması ilə əlaqədar qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Mərkəzi arenada “Neftçi” klubu rəqiblərini qəbul etsə də, bu dəfə MOİK ev sahibi qismində çıxış edəcək. Görüş isə əvvəlcədən açıqlandığı kimi, saat 17:00-da deyil, bundan 2 saat sonra baş tutacaq.
Artıq “Qarabağ” klubu ilə AZAL arasında sentyabrın 19-da nəzərdə tutulan matçın da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi açıqlanıb. Oyun teleyayımla əlaqədar saat 17:00-da deyil, 10 dəqiqə gec başlanacaq.
Qeyd edək ki, MOİK ötən tur “Xəzər Lənkəran”la səfərdə oynamalı olduğu halda, ev oyunları kimi yararlandığı Tofiq İsmayılov adına stadionda görüşüb. Buna Lənkərandakı meydançanın ot örtüyündə təmir işlərinin aparılması səbəb olub. Beləliklə, V turda öz evində qonaq olan MOİK bu dəfə “Neftçi”yə belə “qonaqlığın” sirlərini öyrədəcək.
18 sentyabr (şənbə)
17:00. “Muğan” (Salyan) – “Xəzər Lənkəran”
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Gəncə” – “Turan” (Tovuz)
Gəncə şəhər stadionu.
19:00. MOİK (Bakı) – “Neftçi” (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu.
19 sentyabr (bazar)
17:00. “Qəbələ” – “İnter” (Bakı)
Qəbələ şəhər stadionu, süni örtüklü meydança.
17:00. “Simurq” (Zaqatala) – “Bakı”
Zaqatala şəhər stadionu, süni örtüklü meydança.
17:10. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)

724