Vahid Ələkbərovun müavini “Roma”nı almağa hazırlaşır
15 sentyabr 2010 12:03 (UTC +04:00)

Vahid Ələkbərovun müavini “Roma”nı almağa hazırlaşır

Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, komandanı “UniCredit” bankı və “Italpetroli” neft şirkəti satışa çıxarıb.

“UniCredit” bankının rəhbərliyi “Roma”nın prezidenti Rozella Sensi ilə tam anlaşma əldə edərək, satış prosesinin başlandığını açıqlayıb. Lakin satıcılar komandanın təcili satışında yox, yaxşı nəticələr göstərməsində maraqlıdırlar.

“Roma”ya sahiblik uğrunda mübarizəyə ümumilikdə 20-dən çox şirkət qoşulub. Onların arasında Birləşmiş Ərəb Əmirliklərindən “Aabar” fondu, Misirin telekommunikasiya maqnatı Nəcib Saviris də var. Potensial alıcılar sırasında Rusiyanın “Spartak” (Moskva) klubunun sahibi Leonid Fedunun da adı hallanır. “Gazzetta dello Sport” yazır ki, “LUKoyl” şirkətinin vitse-prezidenti “Roma”nın səhmlərinin 50 faizini dərhal, 35 faizini gələn il, klub üzərində tam nəzarəti isə 2012-ci ildə ələ almaq niyyətindədir.

Qeyd edək ki, “Roma” İtaliya çempionatına uğursuz start götürüb. İlk 2 turda cəmi 1 xal toplayan “canavarlar” turnir cədvəlinin sonuncu pilləsində yer alıblar. “LUKoyl”un prezidenti əslən azərbaycanlı Vahid Ələkbərovdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993

Oxşar yazılar