“Neftçi” “Xəzər Lənkəran”ın vahid liderliyinə son qoydu
Lent.az-ın məlumatına görə, sentyabrın 11-dən təxirə salınan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.
Yeganə topu çempionatın ən sərrast futbolçusu Bahodir Nasimov vurub. O, 13-cü dəqiqədə özünə qarşı edilən kobudluqdan sonra baş hakim Ramil Diniyevin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Bununla da “Neftçi” aktivinə növbəti 3 xalı yazaraq, turnir cədvəlində "Xəzər Lənkəran"la birgə zirvəyə şərik oldu. 5 turdan sonra hər iki komandanın aktivində 13 xal var.
Görüşün ardından təşkil olunan mətbuat konfransında flaqmanın baş məşqçisi Arif Əsədov komandasının yaxşı oyun sərgiləmədiyini bildirib. O, “Neftçi”nin oyununun istənilən səviyyədə alınmamasını futbolçuların milli komandaların düşərgəsində olması, matçın öncədən nəzərdə tutulan tarixdə keçirilməməsi, eləcə də son iki gündə həm təbii, həm də süni örtüklü meydançalarda məşq etmələri ilə əlaqələndirib.
“Muğan”ın baş məşqçisi Almir Hurtiç “Neftçi”nin çox güclü olduğunu etiraf etsə də, öz komandasının son oyunlarda çox şanssız qollar buraxdığını da vurğulayıb: “Bu oyunda da penaltidən qapımızda qol gördük. Əvvəlki illərlə müqayisədə çempionatın səviyyəsi artıb. Artıq öncədən oyunda hansı komandanın qalib gələcəyini demək çox çətindir”.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39