Qovulan futbolçular bir daha “qovuldu”
14 sentyabr 2010 15:03 (UTC +04:00)

Qovulan futbolçular bir daha “qovuldu”

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı müdafiəçi Unibank Premyer Liqasının V turunda “Xəzər Lənkəran”la qarşılaşmanın 72-ci dəqiqəsində azarkeşlərin ünvanına qeyri-etik ifadələr işlədib.

Onun davranışı “Xəzər Lənkəran” fanatlarını qəzəbləndirib. Onlar meydançaya kənar əşyalar atmağa başlayıblar. Nəticədə baş hakim Elvin Əsgərov MOİK-in kapitanını meydançadan qovub. İntizam Komitəsi isə MOİK və “Xəzər Lənkəran”ı hərəyə 2000 manat cərimələyib.

Ötən tur qırmızı vərəqə alan daha 3 futbolçu isə 1 oyunluq cəzalanıb. “Bakı”nın futbolçuları İbrahim Karqbo və Əziz Quliyev “Gəncə” ilə görüş vaxtı əllə oynadıqları üçün ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırılıblar. Onlar növbəti oyunu buraxmaqla yanaşı, klubu üst-üstə 200 manat ziyana salıblar. Eyni cəza və cəriməyə AZAL-la futbolçusu Vüsal Qarayev məruz qalıb. Qarayev “Simurq”la qarşılaşmanın 75-ci dəqiqəsində oyunun vaxtını uzatdığına görə ikinci sarı vərəqə alaraq meydançadan qovulub. Həmin görüşdə 4 futbolçusu sarı vərəqə alan Zaqatala klubuna isə 1000 manat cərimə kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar