Rafael Nadal “Böyük dəbilqə” turnirinin sonuncusunu da qazandı
14 sentyabr 2010 10:54 (UTC +04:00)

Rafael Nadal “Böyük dəbilqə” turnirinin sonuncusunu da qazandı

Lent.az-ın məlumatına görə, 24 yaşlı idmançı finalda serbiyalı Novak Cokoviçi məğlub edib – 6:4, 5:7, 6:4, 6:2.

Bununla da Nadal “US-Open” turnirləri tarixində ilk dəfə hamıdan güclü olub. Ümumilikdə isə o, “Böyük dəbilqə” seriyasından 4 turnirin (“Wimledon”, “Australian Open”, “US Open” və “Roland Garros”) hamısından qalib ayrılan 7-ci tennisçi ünvanına yiyələnib.

Qeyd edək ki, final matçı sentyabrın 11-də keçirilməli idi. Lakin oyun əlverişsiz hava şəraiti üzündən sentyabrın 13-ə ertələnib. Bazar ertəsi baş tutan qarşılaşmada da hesab 6:4, 4:4 olarkən, yağış görüşün gedişində bir saatadək fasilənin yaranmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar