Dünya çempionatına Türkiyə və Litva damğası
13 sentyabr 2010 10:41 (UTC +04:00)

Dünya çempionatına Türkiyə və Litva damğası

Qarşılaşma amerikalıların üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi ABŞ 81:64 hesabı ilə qalib gələrək, tarixində 4-cü dəfə dünya çempionu olub. “12 Dev Adam” isə ilk dəfə dünya çempionatını gümüş medalla başa vurub. Bürünc medala 3-cü yer uğrunda görüşdə Serbiyanı 99:88 hesabı ilə yenən Litva layiq görülüb. Bu, Baltikyanı ölkə yığmasının dünya çempionatları tarixində ilk medalı olub.

2006-cı il dünya çempionatının qalibi İspaniya bu dəfə Argentinaya 81:86 hesabı ilə uduzaraq, 6-cı yerlə kifayətlənib. Rusiya isə Sloveniya üzərində 83:78 hesablı qələbə sayəsində 7-ci olub.

Sayca 16-cı dəfə keçirilən dünya çempionatının simvolik “5-liy”inə isə Miloş Teodosiç (Serbiya), Hidayət Türkoğlu (Türkiyə), Kevin Dürant (ABŞ), Linas Kleyza (Litva) və Luis Skola (Argentina) daxil olub. Skola hamıdan çox – 244 xal yığıb. Dürant orta məhsuldarlığa görə hər oyuna 22,8 xalla 3-cü yeri tutub. Teodosiç hər oyuna 5,6 məhsuldar ötürmə xalı ilə çempionatın liderlərindən biri sayılıb. Ən qiymətli oyunçu nominasiyasında isə Dürant hamını qabaqlayıb.

Qeyd edək ki, növbəti dünya çempionatı 2014-cü ildə İspaniyada təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar