“Xəzər Lənkəran”ın stadionu sel altında qalıb
Bu haqda Lent.az-a stadionun direktoru Höccət Hacıyev məlumat verib. Belə ki, Lənkəran çayının məcrasından çıxması nəticəsində stadionun inzibati binası, otel və digər binalar da daxil olmaqla, kompleks tamamilə su altında qalıb: “İki gündür ki, gecə-gündüz çalışırıq. Stadionun üzərində 10-15 santimetr qalınlığında lil-palçıq qatı yaranıb. İnzibati binamızın birinci mərtəbəsi su altındadır. Daxili qüvvələrin köməkliyi ilə vəziyyətdən çıxmağa çalışırıq”.
Höccət Hacıyev onu da qeyd etdi ki, tezliklə stadionu normal vəziyyətə gətirməyə çalışacaqlar: “Əgər lil-palçıq qatını tezliklə təmizləmək mümkün olmasa, stadionun ot örtüyü yararsız vəziyyətə düşəcək. Biz çalışacağıq ki, sentyabrın 25-dən etibarən “Xəzər-Lənkəran” rəqiblərini burada qəbul etsin. Amma əvvəlcədən heç nəyi əminliklə söyləyə bilmərəm”.
Qeyd edək ki, Lənkəran şəhər stadionunda qış mövsümünə hazırlıq işləri səbəbindən “Xəzər-Lənkəran”ın sentyabrın 12-də MOİK-lə oyunu Bakıda keçiriləcək.
Nizam Rza

1380