Vaxtilə Azərbaycanda çıxış etmiş daha bir futbolçu Dodo Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə reaksiya bildirib.
Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin sabiq futbolçusu erməni terrorunu pisləyən paylaşım edib.
“Sambaçı” instaqram səhifəsi vasitəsilə “erməni terroruna son” həştəqli “Gəncə üçün dua et” yazılan şəkli paylaşıb.
Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.