"Qarabağ"ın rəqibi İspaniya klubundan futbolçu aldı
06 oktyabr 2020 09:29 (UTC +04:00)

"Qarabağ"ın rəqibi İspaniya klubundan futbolçu aldı

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Türkiyənin “Sivasspor” klubu heyətini gücləndirib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi azad agent statusu daşıyan Əmrə Çolakla anlaşıb.

Sonuncu dəfə İspaniyada “Deportivo”nun formasını geyinən 29 yaşlı yarımmüdafiəçi artıq Sivasdadır. “Qalatasaray”ın da maraq dairəsində olan pleymeyker “Sivasspor”la müqavilə bağlayıb. Klub gün ərzində yeni transferini təqdim edəcək.

Qeyd edək ki, Avropa Liqasının İ qrupunda “Sivasspor”un rəqibləri “Qarabağ”la yanaşı, “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) olacaq. Azərbaycanla Türkiyə təmsilçiləri III (5 noyabr) və IV turda (26 noyabr) üz-üzə gələcək.

# 895
avatar

Oxşar yazılar