"Qarabağ" daha bir transferini rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu yarımmüdafiəçi Uroş Matiçi feysbuk səhifəsi vasitəsilə təqdim edib.
Artıq Bakıya gələn serbiyalı orta sahə oyunçusu klubun bazasında rəsmi sözləşməyə qol çəkib. "Kopenhagen"dən alınan Matiç 8 nömrəli formanı seçib. Bu formanı komandadan yenicə ayrılan Miçel uzun müddət daşıyıb.
Qeyd edək ki, "Qarabağ" yay fasiləsində eyni zamanda Emil Balayev, Kevin Medina və Vild-Donald Geryeni tranfer edib.