Düz 30 il əvvəl “Liverpul” Kenni Dalqlişanın rəhbərliyi atında sonuncu dəfə İngiltərə çempionu titulunu qazanb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, komanda aprelin 28-də özmeydanında “Kuinz Park Reyncersi” 2:1 hesabı ilə məğlub edib, paralel keçirilən görüşdə isə “Aston Villa” “Norviç”lə heç-heçə (3:3) oynamışdı. Məhz bu hesab sayəsində mersisaydlar mövsümün sonuna iki oyun qalmış rəqibləri üçün əlçatmaq olmuşdu.
“Liverpul” 1989/1990-cı il mövsümündə tarixində 18-ci dəfə çempion olmaqla öz rekordunu yaxşılaşdırıb. “Liverpul” o vaxtdan çempionatda 5 dəfə ikinci olub.
“Liverpul” bu mövsüm o vaxtdan bəri heç vaxt olmamış kimi çempionluğa yaxındır. Yurqen Kloppun komandası 29 oyundan sonra 82 xalla liderdir. İkincı sıradakı “Mançester Siti”nin 57 xalı var.
.