“Gilan”ın idmançısı “Qarabağ” Kubokunu qazandı
18 oktyabr 2020 13:26 (UTC +04:00)

“Gilan”ın idmançısı “Qarabağ” Kubokunu qazandı

Atçılığın konkur növü üzrə keçirilən “Hər şey vətən üçün” yarışına yekun vurulub. 

Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, “M*” kateqoriyası üzrə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət turnirdə 10 idmançı 13 atla iştirak edib.

“Gilan” Atçılıq İdman Klubunun idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla 4-cü, “Carthanio” ləqəbli atla isə birinci yeri tutaraq “Qarabağ” Kubokunun qalibi olub. İkinci yerdə “Sərhədçi” Atçılıq İdman Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla qərarlaşıb. “Murad” Atçılıq İdman Klubunun çaparı Kənan Novruzov “D’amour” ləqəbli atla 3-cü, “Buta Qolden” Atçılıq İdman Klubunun idmançısı Eqor Morotskiy isə “Astrello” ləqəbli atla 5-ci yerin sahibi olublar.

Yarışın son günündə - oktyabrın 18-də “Hər şey vətən üçün” tədbirinin son günündə jokeylər Qarabağ, Dilbaz və İngilis atlarının iştirakı ilə “Murov”, “Suqovuşan”, “Füzuli”, “Cəbrayıl” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303
avatar

Oxşar yazılar