İcarə əsasında “Beşiktaş”da çıxış edən, transfer hüququ isə “Liverpul”a məxsus olan Loris Karius karyerasını ölkəsində davam etdirə bilər. Lent.az-ın “Sport1”ə istinadən məlumatına görə, 26 yaşlı qapıçı ilə Almaniyanın “Herta” klubu yaxından maraqlanır.
Bundesliqa təmsilçisi Kariusla danışıqlara start verib. Onun vətəninə qayıtmaq istədiyi bildirilir. “Liverpul”un rəhbərliyi və məşqçilər korpusu Lorisin yenidən “mersisaydlılar”ın formasını geyinməyə razı olmadığı qeyd olunur. Bu mənada, Kariusun “Herta”ya keçəcəyi inandırıcı görünür.
Qeyd edək ki, 2018-ci ildən “Beşiktaş”ın formasını geyinən L.Karius İstanbul klubunda 66 oyun keçirib.