“Antalyaspor”un yeni baş məşqçisi müəyyənləşdi
11 noyabr 2020 11:39 (UTC +04:00)

“Antalyaspor”un yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Ərsun Yanalla anlaşıb.

Klubun mətbuat xidməti 59 yaşlı mütəxəssislə bu gün münasibətlərin rəsmiləşdiriləcəyini açıqlayıb. “Fənərbaxça”nın sabiq çalışdırıcısı yeni komandası ilə 2,5 illik saziş bağlayacaq. Yanal müqavilədən dərhal sonra komandasını ilk məşqinə çıxaracaq.

Qeyd edək ki, yaxın günlərdə Super Liqanın digər təmsilçiləri “Trabzonspor” və “Gənclərbirliyi” də baş məşqçisini dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132
avatar

Oxşar yazılar