Ziya Bünyadov prospektində qəza tıxaca səbəb oldu-FOTO
30 avqust 2023 02:45 (UTC +04:00)

Ziya Bünyadov prospektində qəza tıxaca səbəb oldu-FOTO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini "Hyundai" markalı maşına çırpıb. 

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Qəzaya görə prospektdə uzun tıxac müşahidə edilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar