Türkiyədə baş verən dəhşətli zəlzələdə ailəsini itirən kişi sağ qalan qızını güllələyib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində baş verib.
Zəlzələdə həyat yoldaşı və iki uşağını itirən Ferit Dayan sağ qalan 12 yaşlı qızını güllələyib. Daha sonra isə Ferit Dayan özünü güllələyərək intihar edib. 12 yaşlı qızı Asya İrem Dayan isə dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırmalar davam edir.